Həmin jurnalistlərin həbs müddəti uzadıldı – “Meydan” TV işibackend

Həmin jurnalistlərin həbs müddəti uzadıldı – “Meydan” TV işi

“Meydan” TV işi üzrə həbs olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəməyə daxil olan təqdimatlara baxılıb.

Xətai rayon Məhkəməsində keçirilən proseslərdə təqdimatlar təmin olunub. Qərara əsasən, Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, martın 14-də Ramin Deko, Xəyalə Ağayeva, Aysel Umudova, Şəmşad Ağa və Fatimə Mövlamlı, Ülvi Tahirov, martın 15-də isə Nurlan Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*