Təl-Əviv meydanında İsrail girovlarının Qəzza zolağında əsir düşməsinin hər saniyəsini hesablayan taymer dayandırılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saatın əqrəbi fəalların və girovların yaxınlarının iştirakı ilə dayandırılıb.
Hansı ki, o, 843 gün 12 saatdır işləyirdi.
“2014-cü ildən bəri ilk dəfədir ki, biz bu səhər Qəzzada bir nəfər də olsun girov olmadan oyandıq. Saatı dayandırmaq vaxtıdır”, – Girov Ailələr Forumunun nümayəndəsi bildirib.
