“Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib” – Çavuşoğlubackend

"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu

Uydurma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi “Barış Pınarı” əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir. Həqiqi soyqırım ermənilər tərəfindən yaxın tarixdə Xocalıda törədilib.

KONKRET.AZ Azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İƏT-in Baş katibi Hadi Süleymanpur ilə birgə Antalyada keçirdiyi mətbuat konfransında deyib.

M.Çavuşoğlu vurğulayıb ki, Xocalıda qaça bilməyən hər kəs ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib: “Orada 613 günahsız azərbaycanlı soydaşımız, o cümlədən 106 qadın, 83 uşaq öldürülüb. Həqiqi soyqırımı axtaranlar YPG/PKK terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxsalar yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*