“Qadın kişidən yalnız diqqət istəyir. Qadına çox şey lazım deyil. Bir dəfə ona “can” de, cavabında 10 dəfə “can” eşidəcəksən”.
KONKRET.az Olay-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev qonaq olduğu “Nigar xanım” verilişində deyib.
72 yaşlı aktyor bildirib ki, evində 20 nəfər olsa da ona qapı açan hər zaman xanımı olur:
“Qadına çox şey lazım deyil. Qadın diqqətə, məhəbbətə ehtiyacı olan bir varlıqdır. Mənim 73, həyat yoldaşım isə 64 yaşı var. Nişanlananda xanımımdan tapşırmışam ki, evdə 20 nəfər olsa da belə mənə qapını sən açmalısan. Onun alnından öpüb içəri keçirəm. Bundan böyük xoşbəxtlik nə ola bilər?!”
Qeyd edək ki, V. Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında açıq ürək əməliyyatı olunub.