“Hər şeyi Zelenskinin üzərinə yıxmaq istəyirlər” – Putinbackend

"Hər şeyi Zelenskinin üzərinə yıxmaq istəyirlər" - Putin

“Ukraynanın sahibləri bütün qeyri-populyar qərarları Zelenskinin üzərinə yıxmaq istəyirlər”.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu fikri Vladimir Putin deyib.

Onun sözlərinə görə, Zelenskinin legitimliyi Qərbdə heç kimin vecinə deyil: “Düşünürəm ki, bu, artıq Konstitusiya ilə bağlı deyil. Ukrayna sahiblərinin fikri bütün qeyri-populyar qərarların yükünü hazırkı hökumətin üzərinə qoymaqdır”.

Rusiyanın dövlət başçısı hesab edir ki, Ukraynada hazırda Ali Rada yeganə qanuni orqandır, çünki Ukrayna konstitusiyası yalnız Radanın səlahiyyətlərinin uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, Avropa İttifaqı və BMT səlahiyyət müddətinin başa çatmasına baxmayaraq Zelenskini legitim prezident adlandırıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*