Əfqanıstanın Qazne vilayətində hərbi bazaya hücum edən Taliban qüvvələri təhlükəsizlik işçilərinə atəş açıb.
KONKRET.az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi hadisə nəticəsində 9 nəfərin öldüyünü açıqlayıb. Lakin, alman xəbər agentliyi Dpa isə ölənlərin sayının 29 olduğunu bəyan edib.
Rəsmilər hücum zamanı yaralanan bir nəfərin özünü ölü kimi göstərməsi nəticəsində sağ qaldığını bildirib.
Əfqanıstan rəhbərliyi hadisəni daxildən təşkil olunan təxribat kimi qiymətləndirib. Hadisəyə görə məsuliyyəti üzərinə götürən Taliban hücumun özləri tərəfindən təşkil olunduğunu etiraf edib.
Terror təşkilatı hücum nəticəsində 32 nəfərin həyatını itirdiyini iddia edib.
Hazırladı: Günel MUSEYİB