Hərbi ekspert helikopter qəzasından danışdı: “Ölkənin daxilində hansı kənar müdaxilədən söhbət gedə bilər?”backend

Hərbi ekspert helikopter qəzasından danışdı: “Ölkənin daxilində hansı kənar müdaxilədən söhbət gedə bilər?”

Hərbi helikopterin qəzaya uğramasına hansısa kənar müdaxilənin təsir etdiyini hesab etmirəm. Ümumiyyətlə, Azərbaycanda, ölkənin daxilində hansı kənar müdaxilədən söhbət gedə bilər?!”
 
KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, texniki vəziyyət, hava şəraiti, insan faktoru qəzaya səbəb olan amillərdən ola bilər: “Hər bir ölkədə belə qəzalar baş verə bilər. Hərbi hava qüvvələri olan hər bir ölkə belə qəzalarla üz-üzə qala bilər. Çox üzücü hadisədir. Bu qədər zabit-gizir heyətinin itirilməsi Dövlət Sərhəd Xidməti üçün və əlbəttə ki, Azərbaycan xalqı üçün böyük itkidir”.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*