Hərbi hissələr üçün 200 min manat dəyərində telefon alınırbackend

Hərbi hissələr üçün 200 min manat dəyərində telefon alınır

Azərbaycan Ordusunun hərbi hissələri üçün 195.596,10 AZN smartfon tipli mobil telefonların satın alınması ilə bağlı (Lot 2) tender elan edilib.

KONKRET.az xəbər verir ki, söhbət 474 smartfon tipli mobil telefon qara orijinal adapter dəsti ilə birlikdə satın alınmasından gedir. Bu da bir mobil telefonun 412 manata başa gələcəyi deməkdir.

Qeyd edək ki, telefonlar Azərbaycan Respublikasında qeydiyyatdan keçməli və ən azı 1 il texniki zəmanətli olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*