Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb. Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Ağakişi Acalov Sumqayıt Hərbi Prokurorluğunun rəisi təyin edilib.
Baş prokurorun digər əmri ilə Nihat Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.