Hərbi qulluqçulara ezamiyyət və məzuniyyət zamanı avtomobil xərcləri ödəniləcəkbackend

Hərbi qulluqçulara ezamiyyət və məzuniyyət zamanı avtomobil xərcləri ödəniləcək

Hərbi qulluqçulara, həmçinin pulsuz səyahət hüququ olan hərbi təqaüdçülərə və onların ailə üzvlərinə indi müəyyən hallarda (ezamiyyətdə və ya məzuniyyətdə şəxsi avtomobildən istifadəyə görə) kompensasiya ödəniləcək. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada bu barədə fərman imzalanıb.

Hərbi qulluqçular və hərbi təqaüdçülər “Hərbi qulluqçuların statusu haqqında” federal qanuna uyğun olaraq belə bir kompensasiya hüququna malikdirlər, lakin indiyədək hərbi qulluqçular şəxsi nəqliyyatdan istifadə xərclərinin ödənilməsi qaydası ilə tənzimlənmirdi.

Avtomobil nəqliyyatından istifadə xərclərinin ödənilməsi qaydası Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və hərbi xidmətin həyata keçirildiyi digər federal orqanlar tərəfindən müəyyən ediləcək.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*