“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanacaq.
KONKRET.az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Layihənin hazırlanması Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə tapşırılıb.