Bəzi hallarda müddətli həqiqi hərbi xidmətə yararlı hesab olunan və hərbi komissarlıq vasitəsilə xidmətə cəlb olunan şəxslərdə xidmət müddəti boyunca müəyyən problem və xəstəliklər meydana çıxır. Belə olduqda onlar xidməti yarımçıq saxlamalı və “yararsız” hərbi bileti almalı olurlar.
KONKRET.az xəbər verir ki, bu cür hallarda onların etdiyi xidmət müqabilində hansısa kompensasiya ödənilirmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, belə vəziyyətlərdə sözügedən şəxsə birdəfəlik ödəniş və aylıq pensiya nəzərdə tutulur:
“Məlum olduğu kimi, hər kəsin həyatını rəsmən 11 min manat civarında sığorta olunur. Çağırışçı hərbi xidmət dövründə aldığı xəsarət və yaxud yararsızlığa uyğun qüsurla bağlı, daha doğrusu, itirmiş olduğu sağlamlığın faiz dərəcəsinə müvafiq olaraq, kompensasiya alır. Məsələn, əgər çağırışçı xidmət dövründə sağlamlığını 60-65 faiz itirmiş olursa, ona 6600 manat birdəfəlik ödəniş təyin olunur. Daha sonra sağlamlığının faiz nisbətinə uyğun olaraq, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Tibbi-Sosial Ekspert Komissiyası pensiya təyin edir”.
Epilepsiya xəsdəsi nə qədər kampenzasiya alir?
Qırmızı çəhrayı Dəmirov xestesi-yəni pisaryoz ne qədər kompensasiya ala bilər
Salam men öd kisesi nen apres olmusam ona pensiya düşür niqodnuyam hecardan gelirim yoxdu
Salam ramil mellime bir sual vermek isdeyirem
Yararsiz oldugum halda herbi xidmet cekmisem ve buna baxmayaraq hal hazirda saglamliq teqdim olunmur . Bununla bagli kime muraciet etmeliyem
Salam men od kisesi emeliyat olmuşam mənə nəsə düşür?