Həsən Kürün hazırki vəziyyəti açıqlandıbackend

Həsən Kürün hazırki vəziyyəti açıqlandı

İntihara cəhd etmiş şair Həsən Kürün hazırki vəziyyəti açıqlanıb.

Sabunçu xəstəxanasının mətuat xidmətindən KONKRET.az-a bildirilib ki, xəstənin vəziyyəti hazırda ağır stabildir.

Qeyd edək ki, ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, gənc şair Həsən Kür dünən Sabunçu rayonunda yerləşən “Sevinc Mall” ticarət mərkəzində özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*