Həsən Ruhani barəsində cinayət işi açıldıbackend

Həsən Ruhani barəsində cinayət işi açıldı

İranın sabiq prezidenti Həsən Ruhani barəsində cinayət məcəlləsinin iki maddəsi üzrə iş açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin (Parlament) üzvü Nəsrullah Pejmanfər açıqlama verib.

Onun sözlərinə görə, Həsən Ruhaniyə qarşı 700 min nəfərin şikayətilə bağlı iş prokurorluğa göndərilib, məsələnin ən qısa zamanda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı veriləcəyi gözlənilir.

Həsən Ruhani birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*