Həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDUbackend

Həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Meyxoş Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri,1977-ci il təvəllüdlü M.Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı X.Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

M.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, cütlüyün 3 uşağı olub. Məlumata görə, qadın və uşaqları əri tərəfindən tez-tez döyülürmüş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*