Heydər Əliyev Sarayında dəyişikliklər olacaq – Direktordan açıqlamabackend

Heydər Əliyev Sarayında dəyişikliklər olacaq - Direktordan açıqlama

Heydər Əliyev Sarayında dəyişikliklər olacaq.

KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Sarayın direktoru İlham Qasımov deyib.

Saraya yeni təyin olunan direktorun sözlərinə görə, iki həftəyə yaxındır iş başındadır: “Təbii ki, müəyyən planlar var və onları həyata keçirəcəyik. Düşünmürəm ki, yaxın 3 ayda nəsə eşidəcəyik, ancaq yaza doğru xəbərlər olacaq”.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*