Heydərov qalmaqallı rəisi işdən çıxardıbackend

Heydərov qalmaqallı rəisi işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi vəzifəsindən azad edilib. 

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə nallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Qeyd edək ki, Xanım Sofiyeva ilə bağlı Qaynarinfo-da qalmaqallı silsilə tənqidi yazılar dərc edilib.

O, bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisini vəzifədən azad edib. İşdən çıxarılanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*