Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
KONKRET.az-ın şimal bürosunun məlumatına görə, Quba Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Barlı kənd sakini Fərman Mirişov tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə bitkisi aşkar edilərək götürülüb.
Bundan əlavə Fərman Mirişovun evində aparılan axtarış nəticəsində narkotik maddə olan marixuana da tapılıb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs tədbiri seçilib.
Emin Kərimov,
KONKRET.az