Həyətyanı sahələr su altında qaldı – İcra başçısından AÇIQLAMAbackend

Həyətyanı sahələr su altında qaldı - İcra başçısından AÇIQLAMA

“Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.

Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.

Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.

“Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar”, –icra başçısı bildirib.//Report

  • Aslan
    Oktyabr 13, 2024 - 22:42

    Deməli, o rayonda mülki müdafiəyə hazırlıq 0 səviyyədədir. Buna görə də cavabdeh şəxslər yəni icra başçısı- M lolülki Müdafiə rəhbəri, icra başçısının müavini- Fövqəladə Hallar Komissiyasının sədri və Mülki Müdafiə qərargah rəisi ciddi cəzalanmalıdırlar.

  • Aslan
    Oktyabr 13, 2024 - 22:51

    Deməli, o rayonda mülki müdafiəyə hazırlıq 0 səviyyədədir. Buna görə də cavabdeh şəxslər Mülki Müdafiə rəhbəri-rayon icra başçısı, Fövqəladə Hallar Komissiyasının sədri-icra başçısının müavini və Mülki Müdafiə qərargah rəisi ciddi cəzalanmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*