Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Gələn ildən qiymətlər bu qədər bahalaşacaqbackend

Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Gələn ildən qiymətlər bu qədər bahalaşacaq

Vergi güzəştlərinin ləğvi ilə bağlı rəsmi qərar hələ qüvvəyə minməsə də, bazarda, xüsusilə hibrid avtomobillərin qiymətində artım müşahidə olunur.

Maraqlıdır, bahalaşmanın əsas səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hibrid avtomobillərə tətbiq olunan vergi güzəştlərinin ləğvi barədə rəsmi məlumat olmasa da, gələn ilin dövlət büdcəsində bu kateqoriyaya aid hər hansı güzəşt nəzərdə tutulmayıb.

Eldəniz Cəfərov

“Elektromobillərlə bağlı güzəştlər davam etdiriləcək, onlar ƏDV-dən azad olunacaq. Lakin hibrid avtomobillərlə bağlı hər hansı güzəştin davam etdirilməsi barədə məlumat yoxdur. Bu isə ehtimal yaradır ki, gələn ildən hibrid avtomobillərə tətbiq edilən güzəştlər ləğv oluna bilər,” – deyə ekspert bildirib.

Eldəniz Cəfərovun sözlərinə görə, bu qeyri-müəyyənlik bazarda qiymət artımına səbəb olub:

“Hazırda hibrid avtomobillərin qiymətləri təxminən 10 faiz bahalaşıb. Yanvar ayından sonra isə bu artımın 20 faiz civarında olacağı gözlənilir.”

Ekspert əlavə edib ki, qiymət artımı əsasən idxal proseslərində yaranan risklər və alıcıların tələbinin artması ilə bağlıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*