Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Yanvardan qiymətlər belə olacaqbackend

Hibrid avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Yanvardan qiymətlər belə olacaq

Bu ilin sonunda hibrid avtomobillərə tətbiq edilən vergi güzəştlərinin müddəti başa çatır. Əgər qərar uzadılmasa, 2026-cı ilin yanvarın 1-dən bu nəqliyyat vasitələri üçün də vergi və gömrük rüsumları tətbiq ediləcək ki, bu da qiymətlərin xeyli artmasına səbəb olacaq. Maraqlıdır, vergi güzəştlərinin müddətinin uzadılması nə dərəcədə realdır?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, elektrik avtomobillərinə güzəştlərin davam etməsi gözlənilir. Lakin hibrid avtomobillərlə bağlı vəziyyət hələ də qeyri-müəyyəndir:

Eyyub Əliyevə yeni vəzifə verildi | KONKRET

“İlin sonunda hibrid və elektriklərə olan güzəştin müddəti bitir. Mənim şəxsi proqnozuma görə, elektrik avtomobillərinə güzəştlər davam edəcək, amma hibrid maşınlarla bağlı suallar qalır. Burada həm iqtisadi, həm də ekoloji amillər nəzərə alınır. Əgər məqsəd avtoparkı daha sağlam və ekoloji cəhətdən təmiz etməkdirsə, güzəşt yalnız elektriklərə tətbiq olunacaq, – deyə o, qeyd edib.

Ekspertin sözlərinə görə, əgər güzəştlər həm hibrid, həm də elektrik avtomobilləri üçün tam şəkildə uzadılsa, ikinci əl avtomobil bazarında vəziyyət daha da ağırlaşa bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*