Hibrid və elektrik avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Yaxın vaxtlarda qiymətlər belə olacaq…backend

Hibrid və elektrik avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Yaxın vaxtlarda qiymətlər belə olacaq...

Avtomobil bazarında qiymətlərin yaxın aylarda necə dəyişəcəyi sürücülər və alıcılar üçün maraq doğuran əsas suallardan biridir. Maraqlıdır, yaxın aylarda avtomobil qiymətləri bahalaşacaqmı, yoxsa əksinə ucuzlaşma gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, elektrikli və hibrid avtomobillərə tətbiq olunan güzəştlər bu ilin sonunda bitir:

Yasin Mustafayev: Geniş ərazilərdə volosiped və parkinq zolaqlarının çəkilməsinə cəhd olunur

“Əgər yanvarın 1-dən etibarən həmin güzəştlər uzadılmasa, əlavə gömrük rüsumu və dəyər vergisinin ödənilməsi zəruri olacaq. Bu da avtomobil qiymətlərinin artmasına səbəb olar. Çünki indiyədək elektrikli avtomobillər bu rüsumlardan azad idi. Güzəştlərin davam etdirilməməsi yalnız həmin miqdar qədər qiymət artımına gətirib çıxara bilər. Əks halda, bazarda başqa ciddi dəyişiklik gözlənilmir. Qiymətləri sabit mexanizm deyil, bazarın özü tənzimləyir”, – ekspert qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*