Tehrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hasan Hasanzadə qadınlar üçün sərt geyim qaydalarına riayət etmək üçün yeni hüquq-mühafizə strukturunun yaradılmasını elan edib.
KONKRET.az xəbər verir ki, xidmətin əməkdaşları xüsusilə qadınların ictimai yerlərdə “daha məsuliyyətli” şəkildə hicab taxmasını təmin etmək üçün xüsusi təlim keçiblər.
Bu açıqlama İran hakimiyyətinin son günlər əxlaq yoxlamalarını gücləndirdiyinə dair xəbərlərdən sonra verilib.
Bəzi mötədil İran qanunvericiləri regionda hərbi qarşıdurma ilə bağlı gərginlik də daxil olmaqla, mövcud şəraitdə daha sərt rejimə ehtiyac olduğunu bildiriblər. Bununla belə, İran Daxili İşlər Nazirliyinin rəhbərliyi geyim tərzinin tətbiqi ilə bağlı yeni tədbirləri və son reydləri dəstəkləyib, bütün bunların qanun çərçivəsində edildiyini vurğulayıb.
Burhan,
KONKRET.az