Hikmət Hacıyev: “Ermənistan bu öhdəliyi yerinə yetirmir”backend

Hikmət Hacıyev: “Ermənistan bu öhdəliyi yerinə yetirmir”

“Azərbaycan-Ermənistan sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi:

“Ermənistan bu öhdəliyi yerinə yetirmir və hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*