Hindistan ordusunun rəisi Pakistanı terrorda ittiham edərək onu xəritədən silməklə hədələyib.
KONKRET.az xəbər verir ki, Racastan ştatının Anupqarh şəhərində çıxış edən Hindistan ordusunun rəisi general Upendra Dvivedi bildirib ki, Hindistan bu dəfə “heç də geri çəkilməyəcək”.
Dvivedi “Sindoor 2.0 əməliyyatı”nın uzaqda olmadığına eyham vuraraq, əsgərlərinə “Hazır olun. İnşallah, tezliklə fürsət tapacaqsınız” deyib.
Bu bəyanat eyni gün Hərbi Hava Qüvvələrinin rəisi AP Sinqhin çıxışından sonra verilib. Sinqh bildirmişdi ki, Hindistan may ayında Sindoor əməliyyatı zamanı dörd və ya beş Pakistan döyüş təyyarəsini vurub.
Əməliyyat mayın 7-də Pahalqamdakı hücumlardan sonra başlayıb və Hindistan Kəşmirdəki 9 məntəqəni uzaqmənzilli dəqiq silahlarla hədəfə alıb.
Dəniz Pənahova
KONKRET.az