Hindistan iyul ayında Ermənistana ikinci partiya “Akash” zenit-raket komplekslərini göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə IADN Centre məlumat yayıb.
Məlumata görə, “Akash” sistemləri Ermənistanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır və Hindistan-Ermənistan hərbi əməkdaşlığının növbəti mərhələsidir.
Qeyd edək ki, ilk partiya 2023-cü ilin sonlarında Ermənistana çatdırılmışdı və sistemlərin inteqrasiyası üzərində işlər davam etdirilir.
Natiq SƏLİM,
KONKRET.az