Hindistan rus neftindən imtina etsə… – XƏBƏRDARLIQ EDİLDİbackend

Hindistan rus neftindən imtina etsə... - XƏBƏRDARLIQ EDİLDİ

Bloomberg agentliyinin hesablamalarına görə, Hindistanın Rusiya neftindən imtina etməsi illik enerji idxal xərclərini 9–11 milyard dollar artıracaq.

KONKRET.az xəbər verir ki, mənbəyə görə, hazırda Hindistan Rusiya neftini barelinə təxminən 5 dollar endirimlə alır. Əgər bu endirim ləğv olunar və Hindistan gündəlik təxminən 1,8 milyon barel nefti alternativ mənbələrdən bazar qiyməti ilə almağa məcbur qalarsa, ölkənin illik neft idxalı üçün əlavə xərci 10 milyard dollara yaxın olacaq.

Ekspertlər bildirirlər ki, bu artım Hindistanın ticarət balansına və enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Hazırda Hindistan Rusiya neftinin əsas alıcılarından biridir və bu əməkdaşlıq ölkəyə stabil və nisbətən ucuz enerji təchizatı təmin edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*