Hindistan yenidən Ermənistana silah tədarük etmək imkanını nəzərdən keçirirbackend

Hindistan yenidən Ermənistana silah tədarük etmək imkanını nəzərdən keçirir

Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir.

KONKRET.az xəbər verir ki, bu barədə “Economic Times” qəzeti məlumat yayıb.

Çatdırılmalar iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək. Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir.

Məlumata görə, Hindistan əvvəllər Ermənistanı “Pinaka” reaktiv yaylım atəşi sistemləri ilə təmin edib.

Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə Ermənistana çatdırılıb.

“Indian Defence Research Wing” internet nəşrinin məlumatına görə, avqustun əvvəlində Hindistanın “Bharat Forge LTD” müdafiə şirkəti 155,5 milyon dollarlıq müqavilə çərçivəsində altı yedəkli 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib.

Qeyd edək ki,müqavilə üç il ərzində Ermənistana bu tipli 90 artilleriya qurğusunun verilməsini nəzərdə tutur.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*