Hindistanda daşqınlar – Ölənlərin sayı artdıbackend

Hindistanda daşqınlar - Ölənlərin sayı artdı

Hindistanın şimalındakı Himaçal Pradeş ştatında yağan güclü leysan yağışları nəticəsində baş verən daşqın və sel fəlakətlərində azı 16 nəfər ölüb, 2 nəfər də xəsarət alıb.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, daşqınlar ştatın üç bölgəsinə ziyan vurub. Çamba bölgəsində 2, Kullu bölgəsində 4, Lahaul-Spitidə 10 nəfər ölüb.

Hindistanda musson mövsümü başlayıb. Leysan yağışlarının səbəb olduğu daşqınlar və bədbəxt hadisələr barədə məlumatlar ölkənin müxtəlif yerlərindən eşidilir. Ölkənin qərb ştatı olan Maharaştrada ötən həftə 190-dan çox insan ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*