Hindistanda leysan və ildırım səbəbindən bir gündə 30-dan çox adam öldübackend

Hindistanda leysan və ildırım səbəbindən bir gündə 30-dan çox adam öldü

Hindistanın şimalındakı Uttar Pradeş ştatında son sutka ərzində güclü leysan və ildırım çaxması səbəbindən azı 36 nəfər ölüb.

KONKRET.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Belə ki, leysan zamanı evlərin uçması nəticəsində azı 24 nəfər ölüb. Qalan 12 nəfər isə ildırım vurması nəticəsində həyatını itirib. Bundan əlavə, daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təkcə son beş gündə ştatda ildırım vurması nəticəsində 39 nəfər dünyasını dəyişib.

Hindistanda yağıntılı hava iyundan sentyabr ayına qədər davam edir. Meteoroloqlar ildırım çaxmalarını temperaturun artması ilə əlaqələndirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*