Hindistanda qəzaya uğrayan təyyarədə hansı ölkələrin vətəndaşları olub?backend

Hindistanda qəzaya uğrayan təyyarədə hansı ölkələrin vətəndaşları olub?

indistanda qəzaya uğrayan “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsində olan şəxslərin siyahısı internetdə yayımlanıb.

KONKRET.az xəbər verir ki, ilkin siyahıya əsasən, təyyarənin göyərtəsində olanların əksəriyyəti Hindistan və Böyük Britaniya vətəndaşları olub. Həmçinin Portuqaliya və Kanada vətəndaşlarının da sərnişinlər arasında olduğu bildirilir.

Qəza iyunun 12-də Meqaninaqar yaşayış massivində baş verib. “Air India” aviaşirkətinə məxsus təyyarə Əhmədabad-London reysi üzrə uçuş həyata keçirirdi. Məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra hündür ağaca çırpılaraq qəzaya uğrayıb.

Hadisədən bir neçə dəqiqə əvvəl kapitan tərəfindən qəza siqnalı verilsə də, təyyarəni xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, onlarla sərnişin həyatını itirib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*