“Hindistandan silah alınması haqda açıq danışmayaq, dövlət maraqlarına zərər vurur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vaaqn Aleksanyan deyib. O, Rusiyanın Hindistandan silah alışında Ermənistana mane olması ilə bağlı suala cavab verib.
“Silah alqı-satqısı və digər məsələlərlə bağlı biz bir vaxtlar həm təchizat, həm də yol məsələsində çox şəffaf olduq. Və bu şəffaflıq Ermənistan dövlətinin maraqlarına xələl gətirdi. Ümumiyyətlə, çalışaq ki, bu mövzularda çox danışmayaq, açıqlamayaq.
Yaxşı olar ki, ümumiyyətlə, Hindistandan silah alışı və digərləri ilə bağlı heç bir ictimai müzakirə aparmayaq”, – deyə Aleksanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az