Hindistanın baş naziri İslamabada dəvət edildibackend

Hindistanın baş naziri İslamabada dəvət edildi

Pakistan hökuməti Hindistanın Baş naziri Narendra Modini 15-16 oktyabr 2024-cü il tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada rəsmi səfərə dəvət edib.

KONKRET.az xəbər verir ki, bu barədə bazar günü “Express Tribune” məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, Pakistan səkkiz ildə ilk dəfə Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edib. Sonuncu dəfə, 2016-cı ildə Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün İslam Respublikasına dəvət olunub, lakin sonra Hindistan tədbiri boykot edib.

Qəzetin yazdığına görə, İslamabad və Nyu-Dehli arasında münasibətlərin hazırkı vəziyyətini nəzərə alaraq, Hindistanın baş naziri üzbəüz görüş əvəzinə ŞƏT-in qarşıdakı iclasında iştirakın virtual formatı ilə məhdudlaşa bilər.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkədən ibarət idi: Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. İyulun 4-də Astanada keçirilən sammitdə Belarusun assosiasiyaya qəbul edilməsi barədə qərar qəbul edilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*