Hindlilərin təxminən 70 faizi koronavirusa qarşı peyvənd olunmaq istəmirbackend

Hindlilərin  70 faizi koronavirusa qarşı peyvənd olunmaq istəmir

Hindistan sakinlərinin demək olar ki, 70 faizi koronavirusa qarşı peyvənd edilməyi planlaşdırmır.

KONKRET.az-ın məlumatına görə, əhalinin aşılanmaq istəməməsinin əsas səbəbləri peyvəndin kənar təsirləri barədə məhdud məlumatlar, onun effektivliyinə şübhələr və öz immunitetinin infeksiyadan qoruyacağına inamdır.

Sorğu Hindistanın 242 bölgəsində aparılıb və 18 mindən çox insanın iştirakı ilə keçirilib.

18 dekabrda Hindistan Səhiyyə Nazirliyi ölkədəki koronavirusa qarşı aşılamanın pulsuz və könüllü olacağını açıqlayıb. Ölkədəki 1,3 milyard insanın çox hissəsinin peyvənd edilməsinin bir ildən çox vaxt aparacağı bildirilir. (trend.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*