Hirkan Milli Parkında “Açıq qapı” günübackend

Hirkan Milli Parkında “Açıq qapı” günü

Hirkan Milli Parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parka giriş haqqından azad olacaq.

Bu barədə KONKRET.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran, Astara və Lerik rayonlarının ərazisini əhatə edən Hirkan Milli Parkı endemik və üçüncü dövrə mənsub qədim mənşəli bitki örtüyünə malikdir. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olacaq və Xanbulan gölünə açılan unikal mənzərəni seyr edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Hirkan Milli Parkı yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*