İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.
“Fələstin müqavimət qüvvələri ilə həmrəylik məqsədilə bir qrup döyüşçümüz bu səhər işğal altındakı Livanın Şebaa fermaları yaxınlığında İsrail ordusunun üç mövqeyinə hücum edib”, – bəyanatda deyilir.
Qrup nümayəndələri iddia edirlər ki, onlar birbaşa İsrail ordusunun radar stansiyasına hücum edə bilərlər.
Burhan,
KONKRET.az