Hizbullahdan müəmmalı siqnallar – Müharibəyə qoşulur? / VİDEObackend

Hizbullahdan müəmmalı siqnallar - Müharibəyə qoşulur? / VİDEO

Livanın “Hizbullah” şiə qruplaşması, baş katibi Həsən Nəsrullahın qarşıdan gələn çıxışı ərəfəsində hədələrlə dolu video yayımlayıb.

KONKRET.az xəbər verir ki, video qrupun Telegram kanalında yayımlanıb.

Burada açıq xəbərdarlıq var: “Cümə günü gözləyin…”. Bu müəmmalı çağırış Nəsrullahın çıxışında İsrailə müharibə elan edə biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

Yəmənin Husilər kimi tanınan Ənsar Allah hərəkatının daha əvvəl İsrailə müharibə elan etməsini nəzərə alsaq, xəbərdarlığın bölgədə gərginliyin artması fonunda edildiyinə şübhə qaımır.

Qeyd edək ki, bu, Həsən Nəsrullahın İsraillə HƏMAS arasında müharibə başlayandan ilk müraciəti olacaq.

Günel Mikayılova,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*