Hollandiya Ukrayna pilotlarına təlim keçmək üçün beş F-16 qırıcısını Rumıniyaya göndərir.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren məlumat verib.
“Beş Hollandiya F-16-sı bu gün Rumıniyadakı Fetesti aviabazasına yola düşür. Yaxın gələcəkdə orada F-16-lar üçün təlim mərkəzi açılacaq”, – Ollonqren deyib.
Ukraynaya F-16 qırıcıları verməyə ilk olaraq Hollandiya və Danimarka razılaşıb. Ağ Ev təsdiq edib ki, Ukrayna pilotları təlimləri başa vurduqdan sonra üçüncü ölkələrdən döyüş təyyarələri alacaq.
Ollonqren bildirib ki, Hollandiya Rumıniyada F-16-nı idarə etmək üçün ukraynalı pilotların təlim mərkəzinə 12-18 belə qırıcı göndərməyi planlaşdırır.
Ariz Həsənoğlu,
KONKRET.az