Türkiyə-ABŞ münasibətləri lap keçmişdən bəri inamsızlıq oxunda irəliləyib.
KONKRET.az xəbər verir ki, bunu Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Bir tərəf davamlı olaraq sanksiyalara əl atır, digər tərəf isə buna sinə gərərək mübarizə aparır. Belə bir vəziyyətdə hansı tərəfdaşlıqdan söhbət gedə bilər? Tramp rəhbərliyi hakimiyyətdən getdiyi bir vaxtda Türkiyəyə sanksiya tətbiq etdi. Türkiyənin bu sanksiyaları qəbul etməsi mümkün deyil. Bu vəziyyət qalmaqallı olmaqla yanaşı, hörmətsizlik və ədəbsizlikdir”, – partiya sədri bildirib.