Hörmüz boğazını keçən sirli gəmibackend

Hörmüz boğazını keçən sirli gəmi

“Jamal” adlı gəmi martın 20-də İran tərəfindən blokadaya alınmış Hörmüz boğazından keçə bilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi gəmilərin izlənməsi məlumatlarına istinadən məlumat yayıb.

Ehtimal edilir ki, 2025-ci ilin oktyabrında sözügedən nəqliyyat vasitəsi Hindistan sahillərində saya oturub.

Agentliyin məlumatına görə, “Jamal” ilk dəfə martın 13-də Oman körfəzində radarlarda görünüb, onun əvvəlki yeri məlum deyil.

Tezliklə gəmi radarlardan yoxa çıxıb və izləmə mayaklarını yalnız martın 20-də blokadanı aşdıqdan sonra Fars körfəzində yenidən işə salıb.

Agentlik vurğulayıb ki, gəmi sonuncu dəfə İranın cənub-şərq sahilində müşahidə edilib.

Qeyd olunur ki, İran blokadasını aşmış gəmi mayeləşdirilmiş təbii qaz daşıyan tanker kimi gizlədilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. (Oxu.Az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*