backend

“Hraparak” qəzeti: “Ermənistanda dövlət terrorunun qarşısı alınmalıdır”

KONKRET.az xəbər verir ki, “Hraparak” qəzetində erməni xalqının inqilabdan sonra xəyal qırıqlığına uğradığını bildirən yazısı dərc olunub. Həmin yazıda vurğulanır ki, bu gün Ermənistan cəmiyyətində şəxsi intiqamlar bütün dövlət qaynağına xidmət etməyə başlamış universal bir ictimai aimlə çevrildi. Qəzet daha sonra yazır: “Ümummilli coşqunluqdan və öz taleyimizi öz əllərimizlə yaratmaq eyforiyasından sonra belə bir eniş yaşadığımız necə oldu? Bütün ölkə və çox milyonluq bir cəmiyyət öz məqsədini milli istəkləri yerinə yetirməkdə deyil, müstəqil və beynəlxalq səviyyədə tanınan Qarabağa sahib olmamaqda, dünyanı öz uğurları və qələbələri ilə heyran etməkdə və çiçəklənən bir ölkə qurmaqda deyil, Robert Koçaryanı mühakimə etməkdə görəndə tənəzzülə uğrayır”.

Məqalədə ürək ağrısı ilə vurğulanır ki, qarşısına nəcib məqsədlər qoyan və misli görünməmiş ictimai dəstək verən Gümrünün cəsarətli gəncləri yavaş-yavaş kiçik zalımlara, siyasi təqiblərin törədicilərinə və rəqiblərinə qarşı amansız mövqe tutan hüquq-mühafizə orqanlarına əməkdaşlarına çevrildilər.

Məqalədə soruşulur: Hansı məqamda kursumuz səhv oldu? Və necə oldu ki, bir neçə nəfərin şəxsi intiqamı və rəzil ehtirasları bütün dövlət aparatına, hakim partiyanın potensialına xidmət etməyə başladı. Keçmiş hakimiyyətlər Nikol Paşinyanın atasını və ya qardaşlarını incitmək üçün bir az cəhd göstərmişlərsə, bu gün müxalifətçilərə qarşı ağır cinayət işləri açılır.

Vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət buna necə cavab verəcək? Sağlam cəmiyyət siyasi təqiblərlə barışa bilməz. Sağlam cəmiyyət dövlət terrorunun qarşısını almalıdır”, – deyə qəzet yazır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*