Hulusi Akardan Ermənistana XƏBƏRDARLIQbackend

Hulusi Akardan Ermənistana XƏBƏRDARLIQ

Bizim niyyətimiz Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır.

KONKRET.az-ın “Yeni Şafak” qəzetinə istinadən məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini 2021” birgə təlimləri çərçivəsində brifinq zamanı deyib.

O bildirib ki, Ermənistana təklif olunan sülhün qəbul edilməsi çox vacibdir:

“Təəssüf ki, bu günə qədər tam cavab alınmayıb. Amma bununla bağlı bəzi işarələr var. Bizim məqsədimiz tərəflərin sülh, əmin-amanlıq, təhlükəsizlik və rifah şəraitində yaşamasıdır. Bizim niyyətimiz isə Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir səhv addım atmaması, bölgədə atəşkəsin qalıcı olması və sabitliyin təmin olunmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*