“Human Rights Watch” İsraili ağ fosforlu sursatlardan istifadə etməkdə ittiham edirbackend

“Human Rights Watch” İsraili ağ fosforlu sursatlardan istifadə etməkdə ittiham edir

“Human Rights Watch” təşkilatı İsraili Qəzza zolağı və Livandakı hərbi əməliyyatlarında ağ fosforlu sursatlardan istifadə etməkdə günahlandırıb.

KONKRET.az xəbər verir ki, təşkilat oktyabrın 10-da Livanda və oktyabrın 11-də Qəzza zolağında çəkilmiş, çoxsaylı ağ fosfor artilleriya partlayışlarını göstərən videoları nəzərdən keçirib.

“155 mm ağ fosforlu artilleriya mərmilərinin tüstü ekranı, işarələmə və ya siqnal kimi istifadə edildiyini göstərir”, – məlumatda bildirilir.

Qeyd edək ki, 2013-cü ildə İsrail ordusu 2008-09-cu illərdə Qəzzaya hücum zamanı istifadə edilən ağ fosforlu tüstülü sursatları tədricən ləğv etdiyini bildirib.

İsrail hərbçiləri hazırda Qəzza zolağında ağ fosfor ehtiva edən silahların istifadəsindən xəbərdar olmadıqlarını bildiriblər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*