Husilər ballistik raketdən istifadə edərək Təl-Əvivin Ben Qurion hava limanına zərbə endiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya məlumat verib.
“Raket qüvvələri hərbi əməliyyat keçirib və Fələstin-2 hipersəs ballistik raketi ilə Ben Qurion hava limanını vurublar”, – Səriya bildirib.