Saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə birinci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
KONKRET.az xəbər verir ki, qəbul prosesi 12 sentyabr tarixinədək davam edəcək.
Bu günə qədər 100 mindən çox uşağın birinci sinfə qəbul prosesi artıq tamamlanıb. Hazırkı mərhələdə valideynlər övladları üçün istədikləri məktəbi və müəllimi elektron şəkildə seçə bilirlər.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.