İcazəsiz tikilən piyada keçidi sökülür – VİDEObackend

İcazəsiz tikilən piyada keçidi sökülür - VİDEO

Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür.

KONKRET.az xəbər verir ki, ilkin məlumata əsasən, Şəhərsalma və Arxitektura Komitəsi keçidin sökülərək əvvəlki vəziyyətinə qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib.

Qeyd edək ki, hazırda bura yaxın ərazidə, Odlar Yurdu Universitetinin qarşısında işıqforla tənzimlənən “zebra” keçidi var.

Xatırladaq ki, sözügedən keçidin tikintisi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Qeyd edilirdi ki, tikinti rəsmi icazə olmadan aparılır və ümumiyyətlə belə bir keçidə ehtiyac yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*