İclaslara qatılmayan deputat parlamentdən QOVULDU – FOTObackend

İclaslara qatılmayan deputat parlamentdən QOVULDU - FOTO

Yaponiyada “GaaSyy” kimi tanınan siyasətçi və YouTuber Higaşitani Yoşikazu parlament iclaslarına qatılmadığı üçün mandatından məhrum edilib. Bu, son 72 ildə ilk dəfədir ki, parlamentdə tətbiq edilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın İctimai Televiziyası (NHK) əleyhinə apardığı siyasətlə tanınan deputat seçiləndən bəri parlamentdə olmayıb.

Qeyd olunub ki, ötən həftə parlamentdə üzr istəmək hüququndan istifadə etməyən Higaşitani ilə bağlı intizam komitəsinə müraciət edilib.

Parlamentin bəyanatına görə, 2022-ci ilin iyulunda seçildiyi vaxtdan bəri yapon YouTuber maaş və əlavə ödənişlərdən ümumilikdə 19 milyon yen (140.000 dollar) qazanıb.

İnstaqram üzərindən açıqlama verən GaaSyy seçkidən əvvəl Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşadığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*