“İcra başçısı elə bir açıqlama verməyib“ – Ağcəbədi RİH + Yenilənibbackend

“İcra başçısı elə bir açıqlama verməyib“ - Ağcəbədi RİH + Yenilənib

“Bu, həqiqətə uyğun olmayan bir məlumatdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı belə bir açıqlama verməyib. Bu tip saytlar ayrı-ayrı sifarişləri yerinə yetirən şəxslər tərəfindən idarə olunur”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Qaynarinfo-ya göndərilən açıqlamada yer alıb.

Bildirilir ki, gununsesiaz.info saytında icra başçısının adından açıqlama yerləşdirilib. Qeyd olunur ki, Rafil Hüseynov bu sayta açıqlama verməyib və onun adından yazılanlar böhtandır. Məlumatda o da vurğulanır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının adından yayılan saxta məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək:

“Hesab edirik ki, bu tip təxribatlar ölkəmizdəki ictimai-siyasi sabitliyi zəiflətmək üçün atılır. Belə böhtan xarakterli məlumatları sifariş verənlər və onları yayanlar cəzalandırılmalıdır ki, Azərbaycandakı əmin-amanlığa, insanların təhlükəsiz şəraitdə yaşamasına, fəaliyyət göstərməsinə hər hansı xələl gəlməsin”.

=======================================================================================================

“Bu barədə əlavə bir söz deməyin yeri yoxdur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi səviyyəsində açıqlama olub. Təbii ki, bir ata kimi mən də oğlumu tənbeh etdim”.

KONKRET.az xəbər verir ki, bunu Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ötən həftə vətəndaşın mənzilinə daxil olaraq, yarıçılpaq vəziyyətdə aparan polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin qanunsuz əməli barədə Gununsesi.org-un sorğusuna cavabında deyib.

Qeyd edək ki, Şəhriyar Hüseynzadənin bu hərəkəti ölkədə ciddi ictimai qınaq yaratdığından DİN rəhbərliyi onu cəzalandırıb.

Onu da bildirək ki, vətəndaşlara qarşı zorakılıq edən Şəhriyar Hüseynzadə həm də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun da kürəkənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*