İcra başçısı Ermənistanı Xaçmazla belə müqayisə etdi – VİDEObackend

İcra başçısı Ermənistanı Xaçmazla belə müqayisə etdi - VİDEO

Bu gün xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun bir neçə kəndinin sakinləri mavi yanacaqla təmin olunublar.

KONKRET.az-ın şimal bölgə müxbiri bu hadisəyə həsr olunmuş tədbirdə maraqlı bir məqamla rastlaşıb. Xaçmaz rayon İcra başçısı Şəmsəddin Xanbabayev sakinlərdən birinin evində qazı yandırdıqdan sonra ölkəmizin və Xaçmazın inkişafını təcavüzkar dövlətlə müqayisə edib: “Biz hər gün yeni yollar tikib kəndlərə qaz çəkirik. Ermənilər isə qarınlarına yeməyə heç nə tapmırlar”.

Daha sonra icra başçısı Ermənistanın hər zaman ölkəmizin inkişafına paxıllıqla yanaşdığını qeyd edib. O bildirib ki, “düşmən ölkədə insanlar qarınlarını doyuzdura bilmirlər, biz isə hər gün yeni layihələrlə insanlarımızın sosial rifah halını yaxşılaşdırırıq”.

İcra başçısının tədbirdə sözügedən görüntülərini sizə təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*