Tanınmış meyxanaçı Rüfət Nasosnunun İTV – də yayımlanan “Milyonçu şou”da çıxışından sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov onu görüşə dəvət edib.
KONKRET.az xəbər verir ki, bu barədə meyxanaçının özü məlumat verib.
Bir Sumqayıtlı kimi meyxanaçı-şairin problemləri ilə maraqlanan Zakir Fərəcov yaradıcı şəxslərə olan diqqət və qayğıdan danışıb. Rüfət Nasosnu ona göstərilən diqqətə görə başçıya təşəkkür edib, Sumqayıtın mədəni, sosial həyatında bundan sonra da fəal iştirak edəcəyini vurğulayıb.
Görüşdə şəhərdə mədəniyyət xadimlərinə, yazıçı və şairlərə bundan sonra da diqqətin vacibliyi qeyd edilib.
Ağagül Mürsəlov,
KONKRET.az

